"Stadnikdən bütün məğlubiyyətlərin əvəzini çıxdım".
"Report"un məlumatına görə, bunu ukraynalı qadın güləşçi Oksana Livaça (50 kq) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub etdiyi Azərbaycan təmsilçisi Mariya Stadniklə görüş barədə jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı idmançı son saniyələrdə qazandığı qələbəni belə şərh edib: "Hesabda geri olduğum üçün son dəqiqədə hücuma keçdim. Öz vaxtımı gözləyirdim. Qələbə qazanmağa çalışdım və məndə alındı. Bunun üçün böyük enerjim var idi. Sonda arzuma çatdığıma görə çox xoşbəxtəm. Bunu bacarmaq üçün çox çalışmışdım".
Livaça Mariya Stadnik barədə xoş fikirlər səsləndirib: "Stadnik mənim kumirimdir. Uşaqlıqda onun kimi olmağa çalışırdım. Sonra bir müddət birlikdə məşq etdik. Ona qalib gəlmək çox çətin idi. Demək olar ki, həmişə məğlub olurdum. Mariya əfsanədir, ona böyük hörmətim var. Düşünürəm ki, o, olimpiadaya lisenziya qazanacaq. Sadəcə, bu gün mən güclü idim".
Rəylər