Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirib.
"Report" xəbər verir ki, kişilərdən ibarət yığmamız favorit göstərilən Hindistana uduzub - 1:3.
Aydın Süleymanlı ilə Rauf Məmmədov məğlub olub. Nicat Abasov və Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 5 turdan sonra millimizin hesabında 8 xal var.
Qadınlardan ibarət Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb. Görüş 2:2 hesabıyla yekunlaşıb. Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbəyə sevinib. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın partiyası heç-heçə başa çatıb. Hazırda komandamızın aktivində 8 xal var.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirəcəklər.
Oxu.Az xəbər verir ki, kişilərdən ibarət yığma Hindistanla qarşılaşacaq, qadınlardan ibarət milli isə Ukrayna ilə üz-üzə gələcək.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız bu günə qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.
Rəylər