"Napoli" klubunda əsas heyətə düşə bilmdəiyi üçün İstanbul nəhəngi "Qalatasaray"a icarə əsasında transfer olunan Viktor Osimhenin müqaviləsindəki şərtlər bəlli olub.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu "sarı qırmızılar"ın rəsmiləri ilə görüşərək yanvar ayından başqa klubundan təklif gələcəyi təqdirdə komandadan ayrılacağını bildirib.
Əlavə olaraq futbolçunun müqaviləsində məcburi transfer etmək şərti də qeyd olunmayıb.
Qeyd edək ki, Viktor Osimhen bu gün "Qalatasaray"da sağlamlıq yoxlanışından keçdikdən sonra rəsmi olaraq müqaviləni imzalayacaq.
"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını "Qalatasaray"da davam etdirəcək.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun keçidi ilə bağlı açıqlama yayıb.
"Sarı qırmızlar" nigeriyalı hücumçunu icarə əsasında transfer ediblər.
Qeyd edək ki, Viktor Osimhen 2020-ci ildən çıxış etdiyi "Napoli"də 133 matçda 76 qol vurub.
Xatırladaq ki, Viktor Osimhenin transfer dəyəri 100 milyon avrodur.
Rəylər