"Mançester Yunayted" klubunun rəsmiləri Erik ten Haqı əvəzləyəcək baş məşqçinin Xavi Ernandes olmasını istəyiblər.
Oxu.Az Marca.com-a istinadən xəbər verir ki, Erik ten Haqla yolları ayırmağı planlaşdıran "Mançester Yunayted" rəsmiləri Xavi Ernandeslə danışıqlara başlayıblar.
"Barselona"dan sonra klubsuz qalan Xavi Ernandes də "Mançester Yunayted" klubunu çalışdırmaq istədiyini bildirib.
Qeyd edək ki, təcrübəli çalışdırıcının bu gecə İngiltərəyə yollanacağı bildirilir.
Xavi Ernandesin yeni komandası bəlli oldu?
Rəylər