"Paris-2024"də fərqli Azərbaycan millisi görəcəyik".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç deyib.
Serbiyalı mütəxəssis bu gün start götürən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi barədə danışıb:
"Fiziki hazırlıq baxımından çatışmazlıqlar var. Son iki-üç həftədə bunun üzərində işlədik. Sözün yaxşı mənasında "Paris-2024"də fərqli Azərbaycan millisini görəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Dünya Qadın Seriyasının Qəbələ mərhələsində yer aldığı "A" qrupunda iki görüş keçirib. "Baku Fleyms" klubuna qalib (21:6) gələn yığma, Portuqaliyaya məğlub (13:21) olub.
Anar Həsənov