BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya əlavə olunub.
"Report" xəbər verir ki, bunu Bakı Enerji Forumunun layihə rəhbəri Aynurə Nəzərli Bakı Enerji Həftəsinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur:
"Builki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma" kimi mövzular müzakirə olunacaq. Həmçinin, müzakirə olunan mövzular sırasında "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi məsələlər də var".
Qeyd edək ki, iyunun 4-6-da regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Daha çox foto burada: PhotoStock.az