Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı ilə Qahirə arasında birbaşa uçuşlar açıla bilər
"Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır".
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib.
Nazir qeyd edib ki, hazırda "Azərbaycan Hava Yolları" (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir: "Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə artıb, birbaşa uçuşlar bu rəqəmləri daha da artıra bilər".
R.Nəbiyev bildirib ki, bu ilin sonunadək iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçiriləcəyi planlaşdırılır: "Azərbaycanla Misir arasında münasibətlər inkişaf edir. Bu il münasibətlərin 32 ildönümüdür. İndiyədək ölkələr arasında 49 sənəd imzalanıb. 2024-cü ilin 6 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb".
"Rəşad Nəbiyev" teqi üzrə xəbərlər
- Rəşad Nəbiyev: "2030-cu ilə qədər bütün avtobuslarımız elektrikli olacaq"
- Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri regional ticarətin davamlılığını müzakirə ediblər
- Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Bəyannamə qəbul edildi
- Nazir: "Günəş baza stansiyaları zamanın 60%-dən çoxunda bərpaolunan enerjidən istifadə edir"
- Dorin Boqdan-Martin: "Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi"