Bu gün bir neçə rekordu yeniləyən “bitcoin”in qiyməti 72 000 dolları keçib.
Hələlik ekspertlər bazar ertəsi gözlənilməz “rallinin” davam edib-etməyəcəyi barədə məlumatsız olduqlarını bildirirlər.
Qeyd edək ki, aprel ayında “bitcoin” üçün vacib texniki dəyişiklik - “halving” baş verəcək, bundan sonra yeni “bitcoin”lərin emissiyası iki dəfə azalacaq. Bu, “bitcoin”in yaranmasından bəri dördüncü “halving” olacaq. “Halving” tarixən “bitcoin”in məzənnəsinin artması ilə müşayiət olunub.
Yeri gəlmişkən, “Ethereum”un da məzənnəsi artaraq 4000 dollardan yuxarı olub.
Mənbə: incrypted.com
13:16
11 mart 2024-cü ildə “bitcoin”in məzənnəsi 71 min dollar həddini aşıb.
Bu barədə “Binance” platformasının məlumatlarından aydın olub.
Bildirilir ki, Bakı vaxtı ilə saat 11:36-da ticarət zamanı bitkoinin dəyəri 71 150 min dollara qədər artıb. Saat 11:41-ə olan məlumata görə, “bitcoin” öz artımını sürətləndirib və 71 250 min dollar olub.