"EkoSfera" Ekoloji-Sosial Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Uşaqlar Yaşıl Planet üçün: Gəlin Təbiəti Birlikdə Qoruyaq!" adlı aksiya, gənc ekoloji liderlərin iştirakı ilə iqlim dəyişikliyi ilə mübarizədə uşaqların rolunu və fikirlərinin əhəmiyyətini vurğulamaq məqsədi daşıyırdı. Aksiyanın əsas hədəflərindən biri, COP29 platforması vasitəsilə uşaqların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılması və onların iqlim dəyişmələri ilə bağlı fikirlərinin nəzərə alınması idi.
Oxu.Az xəbər verir ki, tədbir uşaqların iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı ən həssas qrup olduğunu nəzərə alaraq, cəmiyyəti bu qlobal təhlükəyə qarşı mübarizədə fəal olmağa və uşaqların çağırışlarının eşidilməsinə səsləyirdi.
Aksiya çərçivəsində uşaqlar tərəfindən ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə mövzularında yaradıcı rəsmlər sərgiləndi. Tədbir iştirakçıları tərəfindən xor şəklində ifa edilən "Birlikdə Dünyanı Dəyişə Bilərik" mahnısı, gənc nəslin planetimizin gələcəyinə olan inamını və məsuliyyətini əks etdirirdi. Azərbaycan xalq rəqsi olan "Yallı"nın təqdimatı isə milli mədəni irsə olan hörməti və həmrəyliyin gücünü simvolizə edirdi. Bu rəqs vasitəsilə iştirakçılar bütün dünya xalqlarını ekoloji problemlərlə mübarizədə birliyə çağırdılar.
"Uşaqlar Təmiz Planet üçün: Gəlin Təbiəti Birlikdə Qoruyaq!" aksiyası, uşaqların səslərinin iqlim dəyişmələri kimi qlobal problemlərin həlli prosesində eşidilməsinin vacibliyini bir daha nümayiş etdirdi. Tədbir, həmçinin cəmiyyətdə ekoloji şüurun inkişafına, həmrəyliyin gücləndirilməsinə və təmiz bir planet üçün birgə fəaliyyətin zəruriliyinə xidmət etdi.
COP29-un on birinci günündə Mavi Zonada Azərbaycanın qeyri-hökumət təşkilatı olan "EkoSfera" Sosial Ekoloji Mərkəzinin uşaqları və gəncləri "Uşaqlarımızın gözü ilə planet: Gəlin birlikdə təbiəti mühafizə edək" adlı aksiya keçiriblər.
Oxu.Az xəbər verir ki, bu aksiyada onlar planeti, ətraf mühiti qorumaqla bağlı çağırışlarını əks etdiriblər.
Aksiya zamanı uşaqlar Azərbaycan musiqiləri ifa edib, rəsm əsərlərini göstərib, rəqs ediblər.
"EkoSfera" SEM-in rəhbəri Firuzə Sultanzadə bildirib ki, uşaqlar və gənclər aksiya çərçivəsində öz səsləri ilə bütün böyüklərə təbiəti qorumalı, iqlim dəyişikliyi problemini həll etməli olduqlarını çatdırıblar.
COP29-un on birinci günündə Mavi Zonada Azərbaycanın qeyri-hökumət təşkilatı olan "EkoSfera" Sosial Ekoloji Mərkəzinin uşaqları və gəncləri "Uşaqlarımızın gözü ilə planet: Gəlin birlikdə təbiəti mühafizə edək" adlı aksiya keçiriblər.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif