Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
"Startap" şəhadətnaməsinin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnaməsi almış KOB subyektləri və layihələri:
- "Navimax" MMC: GPS izləmə platforması;
- Fiziki şəxs İnqilab Rzayev: kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün "Bazardan" mobil tətbiqi;
- "Firstit" MMC: kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;
- "Oenva" MMC: onlayn intellektual oyun platforması;
- "EcoRide" MMC: kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;
- "Kibertəhlükəsizlik Platforması" MMC: kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;
- "E-mza" MMC: sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;
- "Mopsn" MMC: müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.
Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb. "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Hikmət Məmmədov vəzifəsindən AZAD EDİLDİ
- COP29 çərçivəsində mühüm razılaşmalar imzalanıb
- Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- COP29 çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə təşkil olunub