Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə oktyabrın 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək", - deyə AMB bəyan edib.