İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf "Honeywell Energy and Sustainability Solutions" şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə görüşüblər.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.
"Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün faydalarını qeyd etdik", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.
#SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə "Honeywell Energy and Sustainability Solutions" (@honeywell) şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə #biznes mühitində dayanıqlı fəaliyyətə keçid, #bərpaolunanenerji resurslarından… pic.twitter.com/HtkPzC0iJq
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 20, 2024