Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Naxçıvanda qeyri-yaşayış sahələri hərraca çıxarılacaq
İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzi dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.
"Report"un yerli bürosu xəbər verir ki, hərracda muxtar respublikanın altı yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) 13 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq.
Əmlakların ilkin satış qiymətləri 1 350-4 600 manat arasında müəyyənləşdirilib.
Alıcı kimi iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci üç bank günü qalanadək seçim edərək qeydiyyatdan keçə, əmlakın ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.