2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna 4 milyard 011,125 milyon manat investisiya qoyulub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 80,7% çoxdur.
Məlumata görə, bunun 38,7%-i və ya 1 milyard 550,708 milyon manatı Laçın rayonuna (illik müqayisədə 5,5 dəfə çox) yönəldilib.
Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonuna sərmayə qoyuluşu 9,4% artaraq 671,783 milyon manata, Kəlbəcər rayonuna 2,3 dəfə artaraq 919,85 milyon manata, Qubadlı rayonuna 63,1% artaraq 280,964 milyon manata çatıb, Zəngilan rayonuna sərmayə qoyuluşu isə 21,6% azalaraq 587,821 milyon manata enib.