"Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası"nda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra müqavilə üzrə ödənişlərinin icrası 90 gündən çox gecikən krediti restrukturizasiya olunduqda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilməyəcək.