Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yalçın Rəfiyev: "Azərbaycan konstruktiv müzakirələrdə iştirak etmək istəyənlərə qapılarını açıb"
"Azərbaycan konstruktiv və səmərəli iqlim müzakirələrində iştirak etmək istəyən hər kəs üçün öz qapılarını açıb".
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Fransanın ekologiya nazirinin Bakıya səfərini ləğv etməsi barədə qərarı ilə bağlı fransız jurnalistin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan COP29-un sədri kimi müsbət nəticə əldə etmək üçün bütün proseslərin inklüzivliyini təmin edib.
"Biz 80-dən çox dünya liderini qəbul etmişik, burada yüzlərlə nazir toplaşıb və danışıqlar prosesinin həqiqətən də inklüziv olmasına çalışmışıq. Biz konstruktiv və məhsuldar müzakirələrə qoşulmaq istəyən hər kəs üçün qapılarımızı açmışıq. Qapılarımız açıq qalır və ümid edirik ki, burada iştirak edənlərin hamısının ümumi niyyəti var.
İlk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərinin təmin edilməsinə kömək edəcək müsbət nəticə əldə etmək üçün kollektiv səylərdə iştirak etmək istəyirik", - o vurğulayıb.
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının SİYAHISI AÇIQLANDI
- Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI
- Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb