Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Oğurluğa görə saxlanılan AXCP sədrinin müavini ilə bağlı tədbir görüldü
Oğurluğa görə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, A.Məhərrəmovun barəsində qanunamüvafiq tədbir görüldükdən sonra o, sərbəst buraxılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Ayaz Həbib oğlu Məhərrəmov olması müəyyən edilib.
Fakt üzrə araşdırma aparılır.