Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məhkəmə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən məşhur prodüserlə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib.
Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən “Instagram” və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb ediblər.
Beləliklə, 2022-ci ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, T.Səmədova ilə R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.
T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
Rəylər