Alyaskada maraqlı və əyləncəli müsabiqə keçirilir. Belə ki, qoruğun ən kök ayısı seçilir. Builki müsabiqədə qələbəyə əsas namizəd öz nəhəng ölçüləri və inanılmaz iştahası ilə hamını təəccübləndirən Çank adı verilən ayı olub.
Oxu.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, "Kök ayı həftəsi" adlanan yarış Katmay Milli Parkında həyata keçirilir.
Bildirilir ki, Çank hazırda 544 kiloqramdır. O, uzun qış yuxusuna hazırlaşaraq aktiv şəkildə çəki yığmağa davam edir. Müqayisə üçün deyək ki, yetkin boz ayının orta çəkisi təxminən 180-360 kq-dır.
Məlumata görə, müşahidə günlərinin birində Çank cəmi 10.5 saatlıq balıq ovu ərzində 45 qızıl balıq yeyərək şəxsi rekordunu qırıb. Bu, gündə 135 min kilokalori qəbul etməyə bərabərdir.
İlin ən acgöz ayısı rekordu ilə elm adamlarını təəccübləndirdi
Belə kalorili "nahar" Çanka sürətlə piy ehtiyatı toplamağa imkan verir ki, bu da ona sərt Alyaska qışını keçirməyə kömək edəcək.
Qeyd edək ki, Alyaskadakı boz ayılar yay-payız dövründə bədən çəkilərini 30%-ə qədər artırırlar. Bu, çaylarda qızıl balığın bol olduğu dövrdür və ayılar asanlıqla balıq tuta və qış yuxusunun uzun ayları üçün enerji ehtiyatı toplaya bilərlər.