500 brilyantdan ibarət və XVIII əsrə aid unikal boyunbağı hərracda 5 milyon dollara (8.5 milyon manat) satılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sotheby's" hərracının saytında xəbər verilib.
Məlumata görə, bu dəbdəbəli zinət əşyasının mənşəyi sirr olaraq qalır.
Qiymətli əşyanın Fransa kraliçası Mariya Antuanettanın, XVI Lüdovikin həyat yoldaşının məşhur boyunbağısının bir hissəsi ola biləcəyi güman edilir.
Həmçinin, bu boyunbağı 1979-cu ildə Amerika Təbiət Tarixi Muzeyində sərgilənib. Həmin vaxt boyunbağının 1776-cı ildə hazırlandığı və Kral III Georq tərəfindən hersoginya Malboroya hədiyyə olunduğu iddia edilib.