Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şahzadə Harri krallıq vəzifələrini yerinə yetirməyə hazırlaşır
Britaniya kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri atasının xərçəng xəstəliyindən müalicə alması səbəbindən müvəqqəti olaraq kral vəzifələrinə qayıtmağa hazırdır.
Bu barədə “Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, fevralın 5-də kralın xəstəliyi elan edilən andan şahzadə Harri onunla bir neçə dəfə səmimi söhbət edib. Onlardan biri Londonda 75 yaşlı monarxın diaqnozu ilə bağlı bəyanatın dərcindən iki gün sonra baş verib.
İngilis mediasına görə, həmin görüş 30 dəqiqə davam edib. Bundan sonra Şahzadə Harri 2020-ci ildə həyat yoldaşı Meqan Marklla birlikdə köçdüyü ABŞ-yə qayıdıb.
“Bütün praktiki səviyyələrdə, kral xəstə olduğu müddətdə dəstəkləmək üçün bir araya gəlmək ailə üçün mükəmməl məna kəsb edir”, - deyə mənbədən bildirilib.
Məqaləyə görə, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral vəzifələrinə qayıtmazdan əvvəl yazılı plan hazırlanmalıdır və bu, kral, onun ən yaxın köməkçiləri tərəfindən təsdiqlənməlidir.
Nə şahzadə Harri və onun həyat yoldaşı, nə də Bukingem sarayının nümayəndələri nəşrə münasibət bildirməyiblər.
Kralın hansı növ xərçəngə tutulduğu barədə məlumat verilmir, lakin Britaniya mediasına görə, söhbət prostat xərçəngindən getmir. Belə ki, sözügedən xəstəliklə əlaqədar kral yanvar ayında xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, həmin vaxt kralın səhhəti ilə əlaqədar daha bir narahatedici səbəb müəyyən edilib. Testlər monarxın onkoloji xəstəlikdən əziyyət çəkdiyini təsdiqləyib.
Bukingem Sarayından bildirilir ki, həkimlər krala ambulator müalicə zamanı dövlət vəzifələrini yerinə yetirməkdən çəkinməyi tövsiyə etsələr də, o, dövlət işlərini görməkdə davam edir.
Yeri gəlmişkən, Keyt Midlltonun yanvar ayında qarın boşluğunda əməliyyatı ilə əlaqədar Şahzadə Uilyam müvəqqəti olaraq bütün rəsmi işlərini ləğv edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. 2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik “Spare” kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib. Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin “əlahəzrət” titulunu yığışdırıb. Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır.
Mövzuya aid xəbərlər
- Şahzadə Uilyamdan sərt qadağa: “Malikanədə səs salmayın!”
- Keyt Middltona uşaqları ilə görüşmək qadağan edildi - FOTO
- Britaniya monarxiyasında qalmaqal: Taxt “əlahəzrət” titulundan məhrum edilən Şahzadə Harriyə keçə bilər
- Britaniya kralı ölkəyə qayıdan oğlu ilə görüşməkdən imtina etdi
- Şahzadə Harri “Kral Əlahəzrətləri” titulundan məhrum edilib