Təxminən bir il sonra həbsdən çıxan türkiyəli sosial media fenomeni Dilan Polatın bacısı Sıla Doğu onunla evdə çəkdirdiyi fotonu "Instagram" hesabında paylaşıb.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
"Gözəl diləkləriniz üçün çox təşəkkür edirik. Mən və Nilda ağ saçlarını boyayacağıq. Toparlanacaqsan, bacı", - deyə Sıla Doğu fotoya şərh yazıb.
Xatırladaq ki, barəsində "Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək", "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması", "Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunun pozulması" maddələri üzrə açılmış cinayət işi çərçivəsində saxlanılan Dilan Polatın azadlığa buraxılmasına qərar verilib. O, saxlanıldığı həbsxanadan buraxılıb. Lakin Polatın xaricə çıxışına qadağa qoyulub.
Rəylər