Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çingiz Mustafayev: "Allah yoluna xoşbəxtlikdən gələni görmədim"
"Allah yoluna xoşbəxtlikdən gələni görmədim".
Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Çingiz Mustafayev deyib.
O bildirib ki, böyük bir travma insanı axtarış yoluna gətirir:
"Düşünürəm ki, əksər hallarda insanlarda belə olur. Bu düşüncə məndə Balidən sonra təsdiqini tapdı. Çünki ora gələn insanların 80-90 faizi travmalıdır. İnsan dünyaya xoşbəxt olmaq üçün gələ bilməz. İlk növbədə xoşbəxtliyin nə olduğunu anlamaq lazımdır. Mənə görə şükür hissi Yaradan ilə yeganə danışıq üslubudur".
Müğənni qeyd edib ki, Allaha olan eşqi bir dəfə dadanda, dərk edirsən ki, həmin hissə yaxın duyğunu bu dünyada yaşamayacaqsan:
"Uşağını, yoldaşını sevə, yeri gəlsə, onlara görə canını verə bilərsən, amma qeyd etdiyim sevginin elə bir dərəcəsi var ki, düşünürsən indi dəli olacaqsan. Yəni bədən onu fizioloji olaraq qaldırmır. Tərki-dünya olur, dəli kimi görünməyə başlayırsan. Mən də bir ilə yaxın bu cür yaşadım".
Ətraflı süjetdə:
Rəylər