Türkiyənin məşhur pop-müğənnisi Gülşənin həbs edilməsindən sonra həmkarları sosial media şəbəkələrində ona dəstək nümayiş etdiriblər.
Müğənnilər Aynur Aydın, Harun Tekin, Atilla Taş, musiqiçi Oğuzhan Uğur, jurnalist Mirgun Cabas, prodüser Armağan Çağlayan, bloqer Danla Bilic və digər həmkarları Gülşənin həbs edilməsini haqsız hesab ediblər.
“Sizə sual verirəm, qadınları vəhşicəsinə öldürən, “iki ay yatıb, çıxaram” deyən adamları, uşaqlarının yanında həyat yoldaşını döyən adamları bu gün Gülşənin həbs olunduğu kimi həbs etsəydilər, neçə qadın bu gün həyatda olardı?” - deyə Hadisə həmkarının həbsinə reaksiya verib.
Müğənni Sıla Gençoğlu isə bildirib: “Ədalət hər kəsə lazımdır, həmişə lazımdır və hər kəsə bərabər lazımdır. Həbs olunmaq nədir?”
Rəylər