Fransalı məşhur aktyor Jerar Depardye Romada fotoqraf Rino Barillariyə hücum etməkdə günahlandırılıb.
Məlumata görə, Jerar Depardye iki qadınla barda masa arxasında əyləşərkən fotoqraf Rino Barillari onlara yaxınlaşaraq çəkilişə başlayıb. Depardye bir neçə dəfə paparatsiyalardan fotoçəkilişi dayandırmağı xahiş etsə də, fotoqraf dayanmayıb. Rino Barillari şəkillər çəkəndən sonra gedib.
Jurnalistlərin sözlərinə görə, Depardyenin yanındakı xanımlardan biri - Maqda Vavrusova onun arxasınca gəlib və qışqırmağa başlayıb. Daha sonra aktyorun özü gəlib və guya fotoqrafı döyməyə başlayıb.
Maqda Vavrusovanın vəkili mətbuata bildirib ki, Rino Barillari qadını qəzəblə itələyib və Jerar Depardye onun müdafiəsinə qalxıb. Xanım xəstəxanaya aparılıb və fotoqrafı məhkəməyə verməyi planlaşdırır.
Eyni zamanda, Barillari özü də iddia edir ki, kameranı çıxaran zaman Depardye ona buz parçası atıb. Bundan sonra Maqda Vavrusova qaçaraq fotoqrafı təhqir edib.
"O məni təpiklədi, sanki dava etmək istəyirdi. Hərəkətsiz qaldım", - deyə Rino Barillari bildirib.
Onun sözlərinə görə, Depardye daha sonra gəlib və ona üç zərbə vurub.
Mənbə: Gazeta.ru
Rəylər