Məşhur rusiyalı müğənni Larisa Dolina yenidən qalmaqalın mərkəzində olub. Bu dəfə dələduzlar saxta sənədlərdən və müğənninin bənzərinin iştirakı ilə videodan istifadə edərək onun mənzilini 112 milyon rubla (2,1 milyon manat) satmağa cəhd ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, fırıldaqçılar Larisa Dolinaya çox bənzəyən bir şəxsin pasportunu və üzünü göstərərək guya şəxsiyyətini təsdiqlədiyi videoyazını əldə edə biliblər. Bu materiallardan istifadə edən dələduzlar özlərini ifaçının etibarlı nümayəndələri kimi təqdim edərək bir neçə potensial alıcını aldadıblar.
Cinayətkarlar iddia ediblər ki, Larisa Dolina öz mənzilini təcili olaraq simvolik məbləğə - 112 milyon rubla satmaq istəyir. Lakin pul alındıqdan sonra daşınmaz əmlakın açarları alıcılara verilməyib.
Aldadılmış insanlar fırıldağın qurbanı olduqlarını bilmədən müğənnidən hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Larisa Dolinanın nümayəndələri vəziyyətə şərh verərək bildiriblər ki, müstəntiqlər artıq dələduzluq faktı ilə bağlı yoxlama aparırlar.
Onlar məşhur müğənnini ləkələməyə və onun adından qazanc əldə etməyə çalışan cinayətkarların şəxsiyyətini araşdırırlar.
Qeyd etmək lazımdır ki, bu, dələduzların Larisa Dolinanın adından öz mənfəətləri üçün istifadə etməyə çalışdıqları ilk hal deyil. İyulun sonunda fırıldaqçılar 50 milyon rubl (təxminən 967 min manat) məbləğində kredit almaq üçün onun bağ evini girov əmlakı reyestrinə daxil etməyə nail olublar.
Xatırladaq ki, Larisa Dolina 1955-ci ildə Bakıda anadan olub.
Məşhur rusiyalı müğənni Larisa Dolina yenidən qalmaqalın mərkəzində olub. Bu dəfə dələduzlar saxta sənədlərdən və müğənninin bənzərinin iştirakı ilə videodan istifadə edərək onun mənzilini 112 milyon rubla (2,1 milyon manat) satmağa cəhd ediblər.
Rəylər