“Rəhimin ayağında şişkinlik olduğundan ayaqqabı geyinə bilmirdi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Vasif Məhərrəmli deyib.
Onun sözlərinə görə, Rəhimi sonuncu dəfə Məhərrəmlikdən öncə toyda görüb.
“Rəhimi 3-4 gün öncə məclisə dəvət etdim, gələ bilmədi. Ayağının videosunu atmışdı. Ayağı şiş idi. Məhərrəmlikdən qabaq məclisə çəkələklə gəlmişdi. Ev sahibi narazılığını bildirdi ki, məclisə niyə belə gəlmisən? Ayağına ayaqqabı geyinə bilmirmiş. Ümidlər puç oldu. Nikbin adam idi. Həyata baxışı var idi. 25 ildir ki onu tanıyıram. Çox istedadlı bəstəkar idi”.
Müğənni Vasif Məhərrəmli həmçinin “Instagram” hesabında Rəhim Rəhimlinin həmin vaxt ona atdığı videonu da paylaşıb:
“Rəhimin ayağında şişkinlik olduğundan ayaqqabı geyinə bilmirdi”.Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Vasif Məhərrəmli deyib.Onun sözlərinə görə, Rəhimi so...
Nəzrin Vahid
Rəylər