Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra ölkə xaricində geniş kütlə qarşısına çıxacaq.
Oxu.Az xəbər verir ki, o, Türkiyənin caz musiqiçisi, saksofon ifaçısı Anıl Şallıelin dəvəti ilə 23 fevral tarixində İstanbulun məşhur konsert salonu “Grand Pera”da həmkarı ilə konsert verəcək.
Məlumata görə, iki qardaş ölkənin məşhur musiqiçiləri bir müddət öncə birlikdə “Excited” adlı albom hazırlayıblar. Elə sözügedən konsertdə də bu albomdakı bütün musiqilər canlı şəkildə ifa olunacaq.
“Düşünürəm ki, bu albom Türkiyənin nəinki ən maraqlı musiqi toplusudur. Hətta onların da dediyi kimi indiyə qədər bu cür Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirən bir albom olmayıb”, - deyə Sevda Ələkbərzadə əlavə edib.
Rəylər