Azərbaycanın şou-biznes nümayəndələri və tanınmış incəsənət adamlarının bir çoxunun haqqında yüksək məbləğdə cərimə və balları, avtomobili sənədsiz idarə etməsi, cərimə ballarının 20-dən çox olması, cərimələri ödəmədikləri üçün avtomobilə həbs qoyulması kimi məlumat ortaya çıxıb.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, sənətçilərdən bir neçəsinin cərimə balları 20-ni keçdiyi üçün sürücülük hüququ məhdudlaşdırılmalıdır.
Cərimə ödəməyən sənətçilərdən 8-nin siyahısı dünən təqdim edilmişdi. Siyahının davamı olaraq, bu gün daha 8 nəfərin adlarını və cərimələrini təqdim edirik:
1. Aygun Kazımova – 90 BL 009 – Cəriməsi yoxdur. 99 DT 999. 5 MMX – 390 manat, 9 bal.
2. Abbas Bağırov – “Lexus” - 10 BA 006 – 11 MMX. 190 manat, 4 bal.
3. Meyxanaçı Namiq Məna – “Dodge Durango” - 90 EZ 888. Cəriməsi yoxdur, lakin Namiq avtomobili etibarnamə olmadan idarə edir.
4. Nadir Qafarzadə – “Ford” - 90 BS 777 – 6 MMX. 190 manat, 7 bal.
5. Azəri Günel – “Hyundai” - 90 GA 222. Avtomobilin 2 həbsi var. 10 MMX. 340 manat, 14 bal.
6. Ayan Babakişiyeva – “Dodge Durango” – 90 GK 333. 12 MMX. Cəriməsi 580 manat, 20 bal.
7. Elnarə Xəlilova – “Jeep Wrangler” - 99 FB 078 – 8 MMX – 350 manat, 12 bal.
8. Müşfiq Şahverdiyev – “Hyundai” - 90 TS 700 – 1 MMX. Aktyorun idarə etdiyi bu avtomobil bir xanımın adınadır. Müşfiq həmin avtomobili etibarnamə olmadan idarə edir.
A.S.
www.oxu.az
Rəylər