Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannı məcburi köçkünlərin Şuşaya qaytarılması barədə məlumatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə almaniyalı diplomat "X" sosial şəbəkədə bildirib.
"Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov ilə səmərəli görüş keçirdim və inkişaf səyləri, habelə Şuşanın məcburi köçkün icmasının geri qayıtması haqqında çox şey öyrəndim", - səfir qeyd edib.
Şuşadakı yenidənqurma proqramının gedişindən təsirləndiyini vurğulayan Horlemann şəhərə gəlişinin sonuncu olmadığına işarə edib:
"Şuşaya həqiqətən aşiq oldum, yenidənqurma proqramının gedişindən çox təsirləndim. Yenə gələcəyəm!".
I had a fruitful meeting with the SpRep for the Shusha District Aydin Karimov and learned a lot about development efforts + the return of Shusha’s IDP community. I really fell in love with Shusha + was very impressed with the progress of the reconstruction program. I’ll be back! pic.twitter.com/iticgMkG74
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) May 29, 2024