Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gedib.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Moskva şəhərinin "Vnukovo-2" Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir