Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəni davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Məlumata görə, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəni davam etdirir.