Dünən Rusiyanın təhlükəsizlik qüvvələri ilə bağlı “Operativnıye svodki” və “Dva mayora” “Telegram” kanallarında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Ariane Bauerin bəzi bəyanatları barədə məlumatlar dərc olunub. Nəticə budur ki, qapalı görüşdə Bauer həmkarlarına Azərbaycanın guya Ermənistanın cənubuna hücum planlaşdırdığı barədə xəbərdarlıq edib, bu kontekstdə BQXK-nın Qarabağda və bütövlükdə regionda fəaliyyətində daha fəal olmasını qətiyyətlə müdafiə edib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi BQXK-nın diqqətini digər strateji əhəmiyyətli sahələrdən yayındırmamalıdır.
Bu məlumatlarla əlaqədar Caliber.az araşdırma aparıb və operativ kanalları vasitəsilə təsdiqləyici məlumatlar alıb. Redaksiya Arianenin: “Ermənistanın cənubunun Azərbaycan tərəfindən zəbt olunması ehtimalı var, çox şey Rusiyanın imkanlarından və regional dinamikaya təsir etmək istəyindən asılıdır”, - sitatını dərc edib.
Mənbə isveçrəəsilli, beş dildə səlis danışan Baueri, yumşaq desək, dost olmayan Qərb dövlətinin xüsusi xidmət orqanının təcrübəli əməkdaşı kimi xarakterizə edib.
Bu, İsveçrədəki beynəlxalq humanitar təşkilatın nümayəndəsi Ariane Bauerin hansı səbəbdən “hazırlanan hücum” haqqında sırf erməni-fransız narrativləri üzərində qurulan, əslində, Paşinyanın, Marukyanın və digər erməni siyasətçilərinin sözlərini təkrarlayan hərbi-siyasi proqnozlar verdiyini izah edir. Bauer elə bu hekayələr əsasında BQXK-nın fəaliyyətini özünə və sifarişçilərinə lazım olan istiqamətə yönəldir.
Belə mövqe BQXK-nın mandatına heç bir şəkildə uyğun gəlmir. BQXK-nın Xankəndidəki ofisinin prinsipcə niyə hələ də fəaliyyət göstərməsi də tam aydın deyil. Qarabağ müharibəsi bitdi, bir düjününü çıxmaq şərti ilə ermənilər könüllü olaraq bölgəni tərk etdilər - lakin BQXK inadla orada qalmaqda davam edir. Hansı səbəbdən? Mişa dayının hər gün nə qədər səhər yeməyi yediyini yoxlamaq üçün?
Bir sıra KİV-də BQXK əməkdaşının 44 günlük müharibə zamanı Fransa kəşfiyyatına məlumat ötürməsi - bundan sonra onun ölkəmizdən qovulması ilə bağlı tamamilə doğru xəbərləri xatırlamaq yerinə düşər. Bütün bunlardan sonra BQXK-nın Xankəndidə hələ də niyə qalması sualı isə cavabsızdır.
Dünən Rusiyanın təhlükəsizlik qüvvələri ilə bağlı “Operativnıye svodki” və “Dva mayora” “Telegram” kanallarında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa v...