Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.
"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə ailələr artıq Xocalı şəhərinə çatıb.
Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib, evlərin açarları paylanılıb.
Qeyd edək ki, Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər, və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərində 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.
14:30
Xocalıya növbəti köç karvanı Bakıdan yola düşüb.
Oxu.Az bildirir ki, bu mərhələdə Xocalıya 24 ailə (88 nəfər) köçürülür.
06:28
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.
Bu mərhələdə Xocalıya 24 ailə (88 nəfər) köçürülür.
Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova