Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetin məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov Gürcüstanda keçirilmiş parlament seçkisində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qalib gəlməsi münasibətilə İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.
Seçkinin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, eyni zamanda, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.