Ermənistan parlamenti Azərbaycanla sərhəd delimitasiyası komissiyalarının iş reqlamentini təsdiqləyib.
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, sənədin ratifikasiyasına 67 deputat səs verib.
O da bildirilir ki, müxalifət fraksiyaları səsvermədən imtina ediblər.