Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk yaxın zamanlarda Minskə geri çağırılacaq.
Bu barədə məlumatı Belarus Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Qeyd olunur ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.
"Bu gün Ermənistanda necə ağır daxili siyasi vəziyyətin yarandığını biz hamımız görürük. Əlbəttə, müxtəlif insanlar ciddi emosional yüklənmələrə fərqli dözüm nümayiş etdirirlər. Bunu anlaya bilərik", - deyə Belarus XİN-in rəsmi nümayəndəsi Anatoliy Qlaz bildirib.
Rəsmi Minskdən Paşinyana cavab: "Səfir geri çağırılacaq"
Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə Belarusa heç vaxt səfər etməyəcək, digər məmurların səfərini də qadağan edəcək, çünki Minsk KTMT-nin üzvü olduğu halda 44 günlük müharibədə Azərbaycanı dəstəkləyib.
Mənbə: Ermənistan KİV