Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hərbi xronika: Ermənistanın bollivud silahları
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Hindistanın "Akaş" ortamənzilli hava hücumundan müdafiə sisteminin xüsusiyyətlərindən bəhs olunub.
Bildirilib ki, ötən həftənin əvvəlində Ermənistana göndərildiyi məlum olan sistem zinvor ordusu üçün bundan əvvəl alınan eynimənşəli "Svati" radarları və "Pinaka" reaktiv yaylım atəş sistemlərinin ardından "Paşinyan-Modi məhəbbəti"nin 720 milyon dollarlıq yeni "meyvə"si olub.
Yayılan məlumatlarda "Bharat Dynamics Limited" tərəfindən istehsal olunan "Akaş" sisteminin hələlik yalnız dörd batareyasının Ermənistana təhvil verildiyi bildirilib. Müqavilə üzrə Ermənistanın ümumilikdə Dehlidən 15 belə raket sistemi alacağı bəyan edilən xəbərlər arasındadır.
Rəsmi parametrlərinə görə, "Akaş" kompleksi "yer-hava" raketlər sinfinə aid olub, qırıcı təyyarələr, qanadlı və "hava-yer" tipli raketlər, pilotsuz uçuş aparatları və başqa növ hava vasitələrinə qarşı mübarizə üçün nəzərdə tutulub. Sistemin aktiv fəaliyyət məkanı 25 kilometr məsafəni əhatə edir.
Kompleksin bir batareyasına elektron skanerli passiv Racendra radarı, komanda məntəqəsi, təminat maşını və hər biri üç raketli dörd atış qurğusu daxildir. Mobil platformalarda yerləşdirilə bilən sistemin qrup halında və avtonom rejimdə bir neçə hədəfi vura bildiyi və elektron əks-tədbir imkanlarına malik olduğu bildirilir.
"Akaş" raketlərinin çəkisi 650, döyüş başlığı isə 50 kiloqramdır.
Bəs, görəsən, "Akaş"ın həqiqi sahə sınaq göstəriciləri necədir? Kompleksin real döyüş şərtlərindəki göstəriciləri yazılanlara uyğundurmu?
Ətraflı süjetdə:
"Ermənistan-Hindistan münasibətləri" teqi üzrə xəbərlər
- Hindistan Ermənistana "Akash" ZRK-nın ilk batareyasını göndərir
- Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq yeni raketlərin təyinatı nədir?
- Hindistan Ermənistanı silahlandırmaqda davam edir
- Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq
- Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir