Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İqlim fəalları COP29-da aksiya keçiriblər
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ekofəalların növbəti aksiyası baş tutub.
Oxu.Az xəbər verir ki, etirazçıların əsas tələbi iqlimlə bağlı maliyyənin trilyonlarla dollara çatdırılmasıdır.
Ekofəallar bildiriblər ki, investisiyaların hazırkı səviyyəsi temperaturun 1.5°C ilə məhdudlaşdırılması və karbon-neytral iqtisadiyyata keçid kimi qlobal iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.
Onlar, həmçinin iqlim maliyyələşməsinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıblar.
"Pay up for climate finance", "We need trillions not billions" şüarları ilə fəallar hökumətləri və özəl sektoru daha qətiyyətli addımlar atmağa çağırıb və ləngimənin geri dönülməz nəticələrə səbəb ola biləcəyini qeyd ediblər.
Daha çox foto burada: PhotoStock.Az
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- İqlim problemlərinə biganə yanaşan ABŞ, Fransa, Almaniya: Onlar üçün əsas siyasi maraqlardır
- Kuba nümayəndəsi: "Qlobal Şimal müharibələrə trilyonlarla dollar xərcləyir, iqlim üçün isə heç nə"
- Direktor: "ABŞ iqlim maliyyələşməsi üzrə məsuliyyətdən "Böyük Qaçış" təşkil edib"
- Filippinli nümayəndə: "İnkişaf etmiş ölkələrin belə davranışı təhqirdir"
- İqlim maliyyəsi üzrə ekspert: "Təklif edilən məbləğ ciddi qəbul edilmir"