"Fransa Polineziyasında 30 ildən çoxdur, nüvə sınaqları keçirilir".
"Report"un Şuşaya ezam olunmuş müxbirinin məlumatına əsasən, bunu II Şuşa Qlobal Media Forumu çərçivəsində "Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat" adlı hesabatında BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı dr. Karlayl Korbin deyib.
O qeyd edib ki, bu sınaqlar ekologiyaya ziyan vurur, əhalinin sağlamlığına neqativ təsir göstərir:
"Bütün bunlar Fransa tərəfindən kompensasiya verilməsini zəruri edir. Lakin Fransa hakimiyyəti bundan qəti imtina edir".