Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribata, aksiyaya çağıran şəxs terror ittihamı ilə həbs olunub.
Oxu.Az xəbər verir ki, Böyük Britaniyanın ən tanınmış sağçı fəallarından olan Tommi Robinson terror ittihamı ilə saxlanılıb və barəsində istintaq aparılır.
Qeyd olunur ki, bu barədə müvafiq məlumat onun "X" sosial şəbəkəsində yayılıb. Məlumatdan aydın olur ki, o, terrorla mübarizə qanunlarına əsasən həbs edilib.
Xatırladaq ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı təxribata çağırışlar edib. Tommi Robinson bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin "Holland Park" ərazisində yerləşən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb.