Baku TV-nin "Qarabağ xronikası" verilişinin 146-cı buraxılışı yayımlanıb.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda "Yerkrapa" terror təşkilatının rəhbəri Sasun Mikaelyanın Azərbaycan-Ermənistan şərti sərhədinə gəlməsini şərh edib.
O bildirib ki, S.Mikaelyanın fəaliyyəti "Yerkrapa"nın hərbi əməliyyatlara, o cümlədən kəşfiyyat fəaliyyətinə və şərti sərhəddə mövqelərin möhkəmləndirilməsi işinə cəlb edilməsindən xəbər verir:
"Habelə, onun Mehri-Güney dağ silsiləsinin müxtəlif yüksəkliklərinə, o cümlədən strateji-taktiki xüsusiyyətlərə malik mühüm nöqtələrə doğru hərəkəti Azərbaycan mövqelərini fəal şəkildə izləmək üçün ciddi niyyətlərindən xəbər verir. Bu cür hərəkətləri münaqişənin gərginləşdirilməsinin mümkün ssenarilərinə hazırlıq kimi interpretasiya etmək olar".
F.İsazadə vurğulayıb ki, onun şərti sərhədə gəlişi sıradan bir səfər deyil:
"Bu hal bir tərəfdən sülhdən dəm vuran Ermənistan hakimiyyətinin səmimiyyətini, digər tərəfdən isə bu ölkənin silahlı qüvvələrinin legitimliyini sual altına alır və preventiv tədbirləri qaçılmaz edir".
Ətraflı süjetdə:
Mehridən Zəngilana: Yüksəkliklər, mövqelər, strateji nöqtələr