Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirir.
Oxu.Az xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri çıxış edəcəklər.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, iştirak edirlər.
Aysel Aslan