"Sərgi çərçivəsində bir neçə beynəlxalq şirkətlə əməkdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulub".
"Report" xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) Aparat rəhbəri Samir Ağabalayev 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" sərgilərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə artıq müəyyən danışıqlar aparılır:
"Anlaşma memorandumlarının hazırlanması prosesi tam yekunlaşmayıb. Bu səbəbdən hələ tam məlumat verə bilmirik".