Hindistanda keçirilən parlament seçkilərində qalib gələn Hindistan Xalq Partiyasının (Bharatiya Janata) rəhbərlik etdiyi Milli Demokratik Alyansın (NDA) lideri Narendra Modi and içərək üçüncü dəfə Hindistanın baş naziri olub.
Modinin andı Hindistan Prezidenti Draupadi Murmu tərəfindən qəbul edilib.
Modi ölkə tarixində ardıcıl üçüncü dəfə respublikanın hökumət başçısı postunu tutan ikinci siyasətçi olub. Ondan əvvəl bunu müstəqil Hindistanın ilk baş naziri Cavaharlal Nehru edib.
Mənbə: TASS