"Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.
"Növbəti ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində olacaq. Fürsətdən istifadə edərək, Belarusun II MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıq və onun keçirilməsində bizim üçün çox faydalı olacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.