Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident İlham Əliyev Zəfər parkında olub
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Bu barədə AZƏRTAC xəbər verir.
Qeyd edək ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. Bakının 8 Noyabr prospektində inşası davam edən Zəfər Parkı da bu ehtiramın təcəssümüdür.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla inşası davam etdirilən layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev azərbaycanlı professoru təltif etdi
- Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılır - QANUN
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib
- Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib