"Şimal-Cənub" layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir".
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib.
Dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib:
"Deməliyəm ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı məqamda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox yükün daşınması imkanlarından danışırıq".
Prezident: "Şimal-Cənub" layihəsi Bakı və Moskvanın münasibətlərində müstəsna əhəmiyyətə malikdir"