"Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Biz 30 ildir, bu günləri yaşamağa məhkum oluruq".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
"Nə üçün biz hər dəfə böyükhesablı məğlubiyyətləri, ağır nəticələri görürük? Yaxşı olar ki, Futbol Federasiyası buna diqqət göstərsin. Hər bir futbolçunun üzərində daşıdığı formaya böyük məsuliyyəti olmalıdır", - deyə deputat bildirib.