Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Oxu.Az xəbər verir ki, diplomat təbrik mesajını “X” sosial şəbəkə hesabında paylaşıb.
“Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan! Bu əlamətdar gündə biz Azərbaycan xalqının möhkəmliyini və əldə etdiyi nailiyyətləri alqışlayırıq. Gəlin daha parlaq və dinc gələcək üçün Azərbaycan və Böyük Britaniya tərəfdaşlığını daha da gücləndirək”, - F.Auld vurğulayıb.
Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan! 🇦🇿
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 18, 2023
Bu əlamətdar gündə biz Azərbaycan xalqının möhkəmliyini və əldə etdiyi nailiyyətləri alqışlayırıq. Gəlin daha parlaq və dinc gələcək üçün 🇬🇧-🇦🇿 tərəfdaşlığını daha da gücləndirək. pic.twitter.com/kxJfORhJKf